SƏHİYYƏ

"Pfizer" peyvəndinin üçüncü dozasının vurulacağı təsdiqləndi

Sözügedən kateqoriyaya 65 yaşdan yuxarı insanlar, eləcə də, virusa daha çox məruz qalma şəraitində olan və ciddi xəstəlik riski daşıyan şəxslər aiddir.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Amerikanın Qida və Əczaçılıq Məhsullarının Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi (FDA) bəzi kateqoriyadan olan insanlara "Pfizer" peyvəndinin gücləndirici dozasının vurulacağını təsdiqləyib.
Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla xəbər yayıb. Sözügedən kateqoriyaya 65 yaşdan yuxarı insanlar, eləcə də, virusa daha çox məruz qalma şəraitində olan və ciddi xəstəlik riski daşıyan şəxslər aiddir.
Bu barədə agentliyin saytında məlumat yerləşdirilib.
"Bugünkü fəaliyyət göstərir ki, elm və əlimizdə olan məlumatlar pandemiya zamanı FDA-nın COVID-19 peyvəndləri ilə bağlı qərarlarını yönləndirməyə davam edəcək", – deyə qurumun rəhbəri vəzifəsini icra edən Canet Vudkok bəyan edib.
Gücləndirilmiş doza "Pfizer" peyvəndinin ikinci dozasının tətbiqindən 6 ay keçəndən sonra vurulmalıdır.
"Johnson & Johnson" şirkəti bəyan edib ki, COVID-19 peyvəndinin ikinci dozası ABŞ-da xəstəliyin orta və ağır formalarına qarşı peyvəndin effektivliyini əhəmiyyətli dərəcədə artırıb.
Prezident Co Baydenin baş tibbi müşaviri Entoni Fauçi isə bildirmişdi ki, "Moderna"-nın COVID-19-a qarşı gücləndirilmiş dozası haqqında məlumatlar bir neçə həftə əvvəl əldə edilməli idi.