İQTİSADİYYAT

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ də böyük potensial mövcuddur”

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Sputnik
“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.
“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.
Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz