“ABŞ İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam qayıtmağa hazırdır”. Bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyib ki, ABŞ-ın nüvə danışıqlarına qayıtması üçün konkret məqamlar bəllidir: “ABŞ “Vyana razılaşması”ndan çıxdığı zaman da konkret arqumentlər gətirmişdi. Danışıqlar kokret mövzular üzrə aparıla bilər. İran tərəfi bu mesaja necə reaksiya verməsi sonrakı proseslərə təsir göstərəcək. Amma hazırkı zamanda İran və ABŞ bu predmet üzrə danışıqlara başlaması və nüvə məsələsində razılığın əldə edilməsi ehtimalı çox aşağıdır. Bu məsələdən danışarkən İran-Çin münasibətlərinə də diqqət yetirilməlidir. Bu baxımdan, Qərb-İran münasibətlərinə təsir edən yeganə amil nüvə məsələsi deyil”.
Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz