CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Sabirabadda aksiya olacaq

Ölkənin ən müxtəlif yerlərində təşkil olunan "Səyyar qəbul otaqları" vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon"unun əhatə dairəsi getdikcə genişlənir.
Sputnik Azərbaycan "Azəriqaz"a istinadən xəbər verir ki, ölkənin ən müxtəlif yerlərində təşkil olunan "Səyyar qəbul otaqları" vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.
Vətəndaşların müraciəti əsasında formalaşan "Açıq mikrofon" aksiyasının budəfəki ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cı olacaq.