CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilib

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.
1 / 4
2 / 4
3 / 4
4 / 4
Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir.
İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Həmçinin oxuyun:
Piyada keçidində yenilik