BAKI, 22 sentyabr — Sputnik. Qazax rayon sakini minaya düşərək həlak olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məmməd Mərdanovun yaşadığı ev
© Sputnik / Ilham Mustafayev
Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.
Qazax rayon prokurorluğu rayon sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb. Rayon prokurorluğunun yaydığı məlumatda deyilir:
"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir".
Həmçinin oxuyun: