CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Postkovid sindromu zamanı hansı məhsullardan uzaq durmaq lazımdır

Qidamıza daha çox tərəvəz, giləmeyvə, göyərti və çox şirin olmayan meyvələr, qatıqdan hazırlanan içkilər və mürəkkəb karbohidratlardan olan qarabaşaq, yulaf, kəpəkli çörəyi əlavə etməliyik.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Samara elmi-tədqiqat diyetologiya və diyetoterapiya institutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburg Ura.ru-ya verdiyi müsahibədə postkovid sindromda hansı qidaların pəhrizdən çıxarılması lazım olduğunu söyləyib.
Onun sözlərinə görə, bu sindrom orqanizmdə yüksək iltihablı aktivliyin artmasıdır və bununla əlaqədar olaraq iltihaba qarşı pəhriz saxlamaq effektlidir.
"Mümkünsə qlikemik indeksi yüksək olan şəkər və məhsulları, yəni ələnmiş undan hazırlanmış qidaları, kartof və düyünü, həmçinin palma, günəbaxan, qarğıdalı, soya, marqarin yağlarından, qırmızı ət və ondan hazırlanan sosiska, sardelka kimi ərzaqları qida qəbulundan çıxarmaq lazımdır.
Eyni zamanda pəhrizə yağ turşuları ilə zəngin olan qidaları əlavə etmək lazım olduğunu həkim qeyd edib.
"Pəhrizə Omega-3 və yağ turşuları ilə zəngin olan qidaları artırırıq ki, bunlar da yağlı dəniz balığı, kətan toxumu və zeytun yağıdır ("Omega-9"). Qidamıza daha çox tərəvəz, giləmeyvə, göyərti və çox şirin olmayan meyvələr, qatıqdan hazırlanan içkilər və mürəkkəb karbohidratlardan olan qarabaşaq, yulaf, kəpəkli çörəyi əlavə edirik", - deyə həkim Ginzburg bildirib.
Həkimlər xəstəlikdən sağaldıqdan sonra adamın orqanizmində bir müddət davam edən baş ağrısı, halsızlıq, yaddaşın zəifləməsi və bir sıra digər xəstəlikləri "postkovid sindromu" anlayışına əlavə ediblər.