İQTİSADİYYAT

Nazir müştərək texnoparkın yaradılması ilə bağlı danışdı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib ki, növbəti illərdən “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olunub
Sputnik
Artıq 4-cü dəfədir Türkiyədə keçirilən “Teknofest” festivalına ilk dəfə qatılmışıq. Bu festivalda Azərbaycan 9 startap və eyni zamanda, bir IT şirkəti ilə təmsil olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, bundan başqa Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələrdən ibarət 5-ə yaxın komanda yarışlara qatılıb: “Tələbələrin bu kimi yarışlara qatılması onların təcrübə, bilik və bacarıqların artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Növbəti illərdən “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olunub. Həmçinin türkiyəli həmkarımla razılıq əldə etdik ki, Azərbaycanda növbəti ildən etibarən birgə texnoparkın qurulması ilə bağlı hərəkətə keçək. Növbəti ilin sonuna qədər işlərimizin planlara uyğun gedərsə, Azərbaycan-Türkiyə müştərək texnoparkının yaradılmasına müvəffəq olarıq”.
Rəşad Nəbiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz