CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Vəliyeva: Vaksinasiyadan keçməyən təhsil işçiləri tədrisə cəlb olunmur

Müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. "Təəssüf ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Həmin müəllimlər də təbii ki, tədrisə cəlb olunmur". "Report" xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
İdarənin müdiri bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər.
O xatırladıb ki, müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır:
"Əgər bir təhsil muəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin məktəbdə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".
Həmçinin oxuyun:
Azərbaycanda COVID-19: ötən günlə müqayisədə yoluxma iki dəfə artıb