SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa minatəmizləmə məsələsində niyə Azərbaycana yardım edir – politoloq açıqlayır

Politoloq Elşən Manafov bildirib ki, son vaxtlar anqlo-sakson ittifaqının bölgədə təsirinin artması və Fransaya qarşı atılan addımlardan sonra bu ölkənin fəaliyyətinin mahiyyəti ortaya çıxır
Sputnik
Yaxın gələcəkdə Azərbaycan-Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.
Bəs Fransanın Azərbaycana bu yardımının arxasında hansı maraqlar dayanır?
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, mina xəritələrinin bir qismi hələ müharibə dövründə Britaniya kəşfiyyatı tərəfindən Azərbaycana təqdim edilmişdi: “Ermənistan tərəfi beynəlxalq konvensiyaları və Moskva razılaşmasını pozaraq mina xəritələrini təqdim etməkdən boyun qaçırır. Bu da azad edilmiş ərazilərdə quruculuq işlərinə mane olmaq istəyindən irəli gəlir. Həmin ərazilərin minalardan təmizlənməsi üçün aylarla və bəzi hallarda illərlə vaxt tələb olunur. Fransanın indiyə tutduğu mövqedən fərqli olaraq, indi Azərbaycana bu məsələdə dəstək verməsi təqdir olunandır. Amma məsələnin digər tərəfləri də var. Bu bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizədən irəli gələn addımdır. Son vaxtlar anqlo-sakson ittifaqının bölgədə təsirinin artması və Fransaya qarşı atılan addımlardan sonra bu ölkənin fəaliyyətinin mahiyyəti ortaya çıxır”.
Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz