Bayden dövlətlə təşkilatı səhv saldı

Bayden öz çıxışında ABŞ-ın "demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə etməyə" davam edəcəyini vurğulayıb.
Sputnik
 
BAKI, 22 sentyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı ABŞ və BMT-ni qarışdırıb. Bu barədə RİA Novosti xəbər verir.
Bayden öz çıxışında ABŞ-ın "demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə etməyə" davam edəcəyini vurğulayıb.
"Bütün insanların universal hüquqlarına inanıram, bu, millətimizin DNT-sindədir və ən əsası, bu təşkilata - ABŞ-a aiddir", - deyə Bayden qeyd edib.
Beləliklə, ABŞ Prezidenti çaşaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) demək əvəzinə Amerika Birləşmiş Ştatları (ABŞ) deyib.
Eləcə də oxuyun:
Müharibəni başlamaması üçün – ABŞ Prezidentindən nüvə düyməsini aldılar
Lavrov: "Baydenin bəyanatı pozitivdir"
Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”