CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BMT-nin iclasına gələn Braziliya səhiyyə naziri COVID-19-a yoluxub

Nümayəndə heyətinin digər üzvləri də testlərdən keçiblər və nəticələri neqativ olub. Nazir koronavirusa qarşı peyvənd olunub.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. BMT Baş Assambleyasında iştirak etmək üçün ölkə prezidenti Jair Bolsonara ilə birlikdə Nyu-Yorka gələn Braziliya səhiyyə naziri Marcel Keyroqa COVID-19-a yoluxub. Bu barədə nazirin özü "Twitter" səhifəsində qeyd edib.
"Hər kəsə bildirirəm ki, bu gün COVID-19 testindən pozitiv cavab almışam. Bütün sanitariya protokollarına uyğun olaraq ABŞ-da karantində olacağam", - deyə nazir bildirib.
G1 xəbər portalı Braziliya Səhiyyə Nazirliyinə istinadən xəbər verib ki, nazirin karantin müddəti 14 gün davam edəcək.
Nümayəndə heyətinin digər üzvləri də testlərdən keçiblər və nəticələri neqativ olub.
Nazir koronavirusa qarşı peyvənd olunub.