CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşüb

Görüşdə hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Xidmətindən məlumat verilib.
Arzu Rəhimov və Mehmet Erdoğan arasında görüş
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.