MƏDƏNİYYƏT

Azərbaycan da orada olacaq

Festival çərçivəsində "Dünya Kino Günləri" tədbiri də təşkil olunacaq, Rusiya, Türkiyə, Koreya, İtaliya, Polşa, Azərbaycan, Hindistan, Belarus, Misir, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və digər ölkələrdən filmlər nümayiş olunacaq.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 28-də Özbəkistanda XIII Daşkənd Beynəlxalq Film Festivalı keçiriləcək.
Sputnik Azərbaycan festivalın rəsmi saytına istinadən xəbər verir ki, festivalda Azərbaycan da təmsil olunacaq.
Festival çərçivəsində "Dünya Kino Günləri" tədbiri də təşkil olunacaq, Rusiya, Türkiyə, Koreya, İtaliya, Polşa, Azərbaycan, Hindistan, Belarus, Misir, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və digər ölkələrdən filmlər nümayiş olunacaq.
Festival oktyabrın 3-də başa çatacaq.
Məlumat üçün bildirək ki, Daşkənddə Birinci Beynəlxalq Film Festivalı 1968 -ci il 21-31 oktyabr tarixlərində keçirilib. Festivala 22 Asiya və Afrika ölkəsinin nümayəndələri qatılıb.
Bu Festival Asiya və Afrika qitələrinin xalqlarının mədəni həyatında əhəmiyyətli bir hadisə oldu və yaradıcı təcrübə mübadiləsi və mədəni əməkdaşlıq, xalqlar arasında sülh və dostluq ilə əlamətdar oldu.