BAKI, 21 sentyabr — Sputnik. Cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.
Koronavirus pandemiyasından əvvəl Moskva ilə Bakı arasında ticarət dövriyyəsi 3,17 milyard dollar dəyərində qiymətləndirilib ki, bu da 2018-ci ilin göstəricilərindən, demək olar ki, 30% (27,46%) çoxdur. Pandemiya 2020-ci ildə 10% "azalaraq" 3 milyard dollar səviyyəsindən aşağı düşüb.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov sentyabrın 23-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında ilin birinci yarısının nəticələrinə əsasən işlərin hazırkı vəziyyətindən danışacaq.
Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.
Əlaqə:
Telefon: 404-13-86
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.