BAKI, 20 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyənin Prezident Administrasiyası Ərdoğanın sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfər edəcəyini açıqlayıb.
"Türkiyə Prezidentinin sentyabrın 29-da Soçi şəhərinə birgünlük səfəri gözlənilir", - deyə qeyd olunub.
20.09.2021 - 15:44
Ərdoğan Rusiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər: "Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.
Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.