BAKI, 20 sentyabr — Sputnik. Azərbaycana məxsus qırıcı təyyarələri "Türk ulduzları" ilə birlikdə İstanbul boğazı üzərində hava şouları nümayiş etdiriblər.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi uçuşları Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4 qırıcıları ilə birlikdə həyata keçirib.
20.09.2021 - 15:30
Türkiyə və Azərbaycan hərbi təyyarələri İstanbul səmasında salamlama uçuşu keçiriblər
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçiriblər.
Sputnik Azərbaycan Türkiyə səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, uçuşa 15 təyyarə qatılıb.
Uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.
Bu salamlama uçuşu "Teknofest" texnologiya festivalı çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Teknofest" texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.