BAKI, 21 sentyabr — Sputnik. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında dialoqun bərpasına yardım etməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Armen Sarkisyana göndərdiyi məktubda bildirilib.
Ermənistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Makron məktubda vurğulayıb ki, Fransa bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamağa çalışır və bu baxımdan Dağlıq Qarabağdakı qanlı müharibədən bir il sonra bu ölkənin hələ də üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsinə kömək etmək üçün Ermənistanın yanındadır.
"Bu baxımdan Fransa Cənubi Qafqazın özünəməxsusluğunu və zənginliyini əks etdirən bölgənin zəngin mədəni irsinin qorunmasına xüsusi sadiq olacaq. Regional inkişaf və rifah naminə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin davamlı həlli yolunda səylərimizi əsirgəməyəcəyik", - deyə Makron qeyd edib.
Fransa prezidenti eyni zamanda erməni xalqının müstəqillik qazandıqdan sonra müasir demokratik dövlət qurmaq üçün keçdiyi əhəmiyyətli yolu yüksək qiymətləndirdiyini vurğulayıb.
Makron əlavə edib ki, Fransa ilə Ermənistanı dostluq əlaqələri bağlayır və ikitərəfli əməkdaşlığın dərinləşəcəyinə ümid etdiyini bildirib.
Eləcə də oxuyun:
Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir - Ombudsmandan çağırış
Yerevanın qurama "kompozisiyası": KTMT baş katibini ona görə dəvət ediblər ki...
Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”