BAKI, 21 sentyabr - Sputnik. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə Sputnik Ermənistan xəbər yayıb.
Bildirilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Suqovuşan ərazisində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 669-a çatıb.