BAKI, 21 sentyabr — Sputnik. Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya səfər edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi yayıb.
"Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, XİN rəhbərinin müavininin səfəri üç gün çəkəcək.