RUSİYA

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi artıb

Ermənistan və Rusiya arasında əsasən, maşınqayırma, yüngül və kimya sənayeləri, qiymətli daş-qaş, ərzaq idxalı və ixracı artıb.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. Bu ilin I yarısında Ermənistan Rusiya ilə 1,9 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqroyan bu gün Yerevanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur, 2019-cü ilin göstəricisi ilə demək olar ki, eynidir.
Həmin il iki ölkənin ticarət dövriyyəsinin dəyəri ilk dəfə 2 milyard dollara çatıb, növbəti il isə bir qədər azalıb.
Hökumət rəsmisinin sözlərinə görə, Ermənistan və Rusiya arasında əsasən, maşınqayırma, yüngül və kimya sənayeləri, qiymətli daş-qaş, ərzaq idxalı və ixracı artıb.
Xatırladaq ki, bu gün Yerevanda Rusiya-Ermənistan biznes forumu keçirilir. Forumda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da iştirak edir.