SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
Sputnik
Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.
İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz