Dronla çəkilən kadrlarda Poldnevsk təpəcikləri, eləcə də qəhvəyi-qırmızı rəngli göl öz əksini tapıb. Hazırda bu turistik zona daha çox "Ural Marsı" adı ilə tanınır.
Turistlər həmin yerə bu adı rənglərin qeyri-adi palitrasına görə veriblər: ərazidə əsasən qara və qum rəngləri hakim olsa da, gölün suyu narıncı-qırmızıya çalır. Mətbuatın yazdığına görə "Mars mənzərələri" Boqdanoviç şəhəri yaxınlığındakı 70 kvadratmetr ərazini əhatə edir.
Ərazidə nəzərə çarpan qeyri-adi rəng palitrasına səbəb burada çıxarılan gildir. Hələ XIX əsrdən başlayaraq bu ərazidə gil mədənləri fəaliyyət göstərib. Hazırda bu mədənlər Rusiyada sözügedən tikinti materialının ən böyük mənbəyi hesab olunur.