Azərbaycan Rusiyaya başsağlığı verdi

Bu gün Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk", - Azərbaycanın XİN-in paylaşımında bildirilir.
Qeyd edək ki, bu gün Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.