CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya ilə əlaqədar olaraq digər xəstəliklərə qarşı peyvəndləmə azalıb

Mütəxəssis: indi bütün ölkələr çalışır ki, insanları müxtəlif maarifləndirmə yolları ilə rutin peyvəndlərin vaxtında vurulmasına yönləndirsinlər.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada, o cümlədən də Azərbaycanda digər xəstəliklərə qarşı peyvəndləmə, immunizasiya azalıb.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov deyib.
O bildirib ki, bu, hazırda qlobal bir problemdir:
"İndi bütün ölkələr çalışır ki, insanları müxtəlif maarifləndirmə yolları ilə rutin peyvəndlərin vaxtında vurulmasına yönləndirsinlər. Ölkəmizdə də vəziyyət eynidir. Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb. Bunun özü də təhlükə ərz edir. Ona görə biz də insanlara izah etməliyik ki, vurdurmadıqları peyvəndlər varsa, vaxtında gedib vurdursunlar".
Həmçinin oxuyun:
Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir