SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın xarici siyasət idarəsi ABŞ-la münasibətlərdə böhran yarandığını bəyan edib

bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın Naval Group şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
Sputnik
BAKI, 19 sentyabr - Spunik. Fransa-ABŞ münasibətlərində yaranmış böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyən olunmasına ciddi təsir edəcək, lakin bu, ölkənin Atlantika alyansından çıxmasına səbəb olmayacaq. RİA Novosti agentliyinin məlumatına görə, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian deyib.
"NATO respublika prezidentinin xahişi ilə müzakirələrə başlayacaq. Alyansın Madriddə keçiriləcək növbəti sammitində yeni strateji konsepsiya üzərində iş aparılacaq. Aydındır ki, baş verən hadisələr onun müəyyən olunmasına təsir edəcək", - deyə nazir bildirib.
Bir müddət əvvəl nazir bildirmişdi ki, Avstraliyanın müqaviləni pozması ilə bağlı yaranmış vəziyyət Fransa-ABŞ münasibətlərində böhrandan xəbər verir.
Qeyd edək ki, ötən cümə günü Le Drian ölkəsinin ABŞ və Avstraliyadakı səfirlərinin Kanberranın sualtı qayıqlarla bağlı müqavilənin pozması ilə əlaqədar geri çağırıldıqlarını deyib.
KİV-lər Fransa səfirlərinin tarixdə ilk dəfədir ki ABŞ və Avstraliyadan geri çağırıldığına diqqət çəkiblər.
Ağ Evin Milli təhlükəsizlik şurasının rəsmisi Emili Horn bildirib ki, ABŞ administrasiyası səfirin geri çağırılması qərarından sonra Parislə sıx əlaqədədir və yaxın günləri fikir ayrılıqlarının aradan qaldırılmasına həsr etmək niyyətindədir.
Xatırladaq ki, bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
Qiyməti 56 milyard avro olan sövdələşmə "əsrin müqaviləsi" adlandırılırdı. Müqaviləyə əsasən Fransa 12 ədəd "Barracuda" tipli həmlə sualtı qayıqları inşa etməli idi.
Fransa XİN rəhbəri Le Drian Avstraliyanın bu hərəkətini "arxadan zərbə"adlandırıb. Etimadın qırıldığını vurğulayan nazir Parisin həm Avstraliya, həm də ABŞ-da izahat gözlədiyini diqqətə çatdırıb.