BAKI, 18 sentyabr - Sputnik. 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.
Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.
Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Eləcə də oxuyun:
Rusiyanın hərbi gəmiləri Bakıda
“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib