RUSİYA

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.
"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.
"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.
Həmçinin oxuyun:
Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır