BAKI, 17 sentyabr - Sputnik. Bu gün səhər saatlarından başlayaraq qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilib. Sputnik Azərbaycan-ən bölgə müxbirinin verdiyi xəbərə görə, temperatur 5-10 dərəcə aşağı düşüb.
Dağlıq ərazilərə, əsasən Gədəbəy və Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb.
Gədəbəy rayonunun Novo-İvanovka, Novo-Saratovka, Böyük Qaramurad kəndlərinə kiçik ölçülü dolu müşahidə olunub. Təsərrüfatlara ciddi ziyan dəymədiyi bildirilir.
Hazırda qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə edilir. Gədəbəy RİH–dən bildiriblər ki, təbiət hadisəsi ilə əlaqədar hər hansı fəsad barədə məlumat daxil olmayıb.
Qeyd edək ki Tovuzun dağ kəndləri olan Kirən, Əhmədabad, Yanıxlı və Əsrik Cırdaxan kəndlərində də leysan yağıb, bəzi kəndlərdə isə xırda həcmli dolu qeydə alınıb. Hazırda qeyri-sabir hava şəraiti davam edir.
Həmçinin oxuyun: