BAKI, 16 sentyabr — Sputnik. Təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır.
"Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:
"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər. Həmçinin Nazirlik daim dərsliklərin təkmilləşdirilməsinə çalışır".
Həmçinin oxuyun: