BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Eləcə də oxuyun:
Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib
Üç qardaş - 2021 təlimində hava desant hazırlığı üzrə məşqlər keçirilib
Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində - VİDEO