İsraildə peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan ölüb

Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. İsraildə COVID-19-a qarşı peyvənd hərəkatının lideri Hay Şaulyan koronavirusdan vəfat edib. Bu barədə "The Jerusalem Post" məlumat verib.
Bu istimai fəal, sosial şəbəkələrdə "Epidemiya yoxdur - peyvənd təhlükəli və faydasızdır" şüarı altında peyvənd əleyhinə şüarlar yayırdı. Bundan sonra Şaulyan özü virusa yoluxaraq xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.
"Əgər mən oksigen aparatını çıxardıb üç metr gəzsəm huşumu itirərəm. Mən çox öskürürəm və boğulma hiss edirəm", - deyə o, qeyd edib.
Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib. O xəbərdarlıq edib ki, əgər ona bir şey olarsa, bu, qətl cəhdi kimi qiymətləndirilsin.
Avqustun 8-də qatı peyvənd əleyhdarı olan amerikalı radio aparıcısı Dik Farrel COVID-19-dan vəfat edib və ölməzdən əvvəl o, insanları peyvənd etməyə çağırıb. Əvvəllər aparıcı iddia edirdi ki, ABŞ Demokratik Partiyasının üzvləri virus üçün heç vaxt müsbət nümunə vermirlər, çünki virusun özü respublikaçıları aldatmaq üçün yaradılmış uydurmadır.