BAKI, 15 sentyabr — Sputnik. Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.
Sputnik Azərbaycan bildirir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasimi üçün əklil göndərib.
--------
12:20
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbristanlığında torpağa tapşırılacaq.
O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında dəfn olunacaq.
Qeyd edək ki, koronavirusdan əziyyət çəkən Əməkdar artist Yaqub Zurufçu ötən gün axşam saatlarında vəfat edib.
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxmuş və "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!
Eləcə də oxuyun:
Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirilib
Azərbaycan sevdalı müğənnini Mədəniyyət Nazirliyi belə yad etdi