RNT viruslar daha çox dəyişir

Baş infeksionisti Təyyar Eyvazovuz sözlərinə görə, yoluxma sayı çox olan yerlərdə virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. RNT viruslar daha çox dəyişir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, COVID virusu da RNT tərkibli virus olduğu üçün dəyişir, mutasiyaya uğrayır:
“Harada yoluxma sayı çoxdur, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir. Bu səbəbdən də əksər ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.
O bildirib ki, iki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil.