BAKI, 15 sentyabr — Sputnik. NATO qəti olaraq Rusiya ilə hərbçilər vasitəsilə dialoq aparmaqdan imtina edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O bildirib ki, NATO Ukraynadakı hadisələrdən sonra hərbçilər vasitəsilə dialoq aparmaqdan imtina edir: "Biz danışmağa hazırıq, lakin peşəkar şəkildə. Belə emosional, yarıisterik tonda yox".
Eləcə də oxuyun:
Lavrov Qərbə sərt cavab verdi – "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"