CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb

Müğənni dünən səhər saatlarında reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.
Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 80%-dir. Huşu qapalıdır. Müğənninin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173-dür".
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.
Eləcə də oxuyun:
Yaqub Zurufçu dünyasını dəyişdi
Daha bir müğənni koronavirusa yoluxub: Vəziyyəti ağırdır
Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirilib