KTMT Əfqanıstana dair qərar verdi

KTMT-nın Baş katibi Stanislav Zas bildirib ki, Əfqanıstandakı vəziyyət təşkilatı ciddi narahat edir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər Əfqanıstanla sərhəddə vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana yardım göstərməyə dair fikirdə yekdildirlər. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu KTMT-nın Baş katibi Stanislav Zas bildirib.
O deyib ki, Əfqanıstandakı vəziyyət KTMT-ni narahat edir.
"KTMT-yə üzv olan bütün dövlətlər yekdilliklə ümumi mövqelərini bir daha təsdiqləyirlər. KTMT-nin cənub sərhədlərində vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana bütün lazımi hərbi və diplomatik yardımlar göstəriləcək", - Zas vurğulayıb.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Vladimir Putin: Əfqanıstanda baş verən hadisələrdən, potensial təhdidlərdən narahatıq
Ekspert: “Əfqanıstanın sərvətləri uğrunda rəqabət qızışacaq
Amerika kəşfiyyatı "Əl-Qaidə"ni* dəyərləndirir