BAKI, 14 sentyabr — Sputnik. Bəzi qida təhlükəsizlik tədbirlərinə əməl olunduqda və məhsulun keyfiyyətinə diqqətlə nəzarət edildikdə təhlükəli qida zəhərlənməsinin qarşısını almaq olar. Bu barədə refleksoterapevt Mixail Xudovekov "MİR24" telekanalına müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, zəhərlənmənin ağırlığı zəhərli maddənin konsentrasiyasından, yeyilən məhsulun həcmindən və insan orqanizminin vəziyyətindən asılıdır. Zəhərlənmənin qarşısını almaq üçün üçün xoşagəlməz qoxu verən məhsulları yemək olmaz. Eyni zamanda həkim onları hətta dadmağı belə, tövsiyə etmir.
"Məhsulun hələ istifadə müddətinin keçməməsinə baxmayaraq qablaşdırması şişmiş süd məhsullarını qidaya qəbul etmək olmaz", - deyə Xudovekov bildirib.
Bundan əlavə, mütəxəssis mayonez tərkibli hazır salatları, konservləşdirilmiş göbələkləri və tərəvəzləri, balıq konservlərini daha az almağı məsləhət görüb. Həmçinin cəlbedici görünüşlü mövsümi olmayan tərəvəz və meyvələri yeməkdən çəkinmək lazımdır: mütəxəssisin fikrincə, saxlanma müddətini uzatmaq üçün onlar "kimyəvi maddələr ilə doldurulur".
Bu yaxınlarda həkim-diyetoloq Yelena Solomatina xəbərdarlıq edib ki, şişmiş qapaq altında yanlış hazırlanmış giləmeyvə və meyvələrlə qidalanmaq sağlamlıq üçün çox təhlükəlidir. Bu, sinir sisteminə ciddi ziyan vuran zəhərli və ölümcül bir botulizm toksini ola bilər.
Həmçinin oxuyun: