İQTİSADİYYAT

Benzinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaqmı? – ekspert şərhi

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu il ərzində, yəni ilin sonuna yaxın nəqliyyatda qiymət artımının şahidi ola bilərik
Sputnik
Sentyabr ayının 15-dən etibarən "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacaq növlərinin qiymətində artım baş verib.
Bəs bu artım avtomobil istifadəçisi olmayan insanların yaşamına təsir edəcəkmi?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir neçə il əvvəl hazırda qiymətləri qalxan benzin markalarının qiymətlərinin tənzimlənməsi Tarif Şurasının tənzimləmə mexanizmindən çıxarıldı: “Bəyan edilmişdi ki, bazar qaydalarına uyğun olaraq rəqabətli mühit şəraitində qiymətlər formalaşacaq. Təəssüf ki, bu baş vermədi. Hazırda bir oyunçu var. Həmin benzinin gətirilməsi ilə SOCAR və onun törəmə şirkəti məşğuldur. Ona görə də, bazarda qiymətin diktə olunmasının şahidi oluruq. Bu marka benzinlərdəki qiymət artımı digər iqtisadi subyektlərə birbaşa təsir etmir. Amma istər-istəməz qiymətlərin artımı yönündə psixoloji təsiri mövcuddur. Bu il ərzində, yəni ilin sonuna yaxın nəqliyyatda qiymət artımının şahidi ola bilərik”.
Natiq Cəfərlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz