BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu ilin avqust ayında Bakı şəhərində yerinə yetirilən işlərlə bağlı hesabatı açıqlayıb. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, ötən ay ərzində 14 küçə əsaslı təmir edilib. Əsaslı təmir edilən küçələrin uzunluğu 9500 metr olub.
AAYDA-dan verilən məlumatda bildirilib ki, yeni salınan və bərpa edilən piyada səkiləri 18792 kvadrat metr olub. 111 ədəd kanalizasiya quyularının qapaqları yenisi ilə əvəz olunub.
Ötən ay ərzində orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu 2005 metr olub: "Orta təmir işlərinin aparıldığı sahə 19062 kvadrat metr olub. Bundan başqa, qeyd edək ki, 20370 p/metr ərazidə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb".
Eləcə də oxuyun: