Əfqanıstan son dövrün ən çox müzakirə olunan mövzularındandır. Taliban* hərəkatı ölkənin 90 faizinə nəzarəti ələ keçirib.
Lakin Pəncşir əyaləti hələ də tam olaraq taliblərin ixtiyarında deyil. Burada əfsanəvi əfqan komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsinin döyüşçüləri taliblərə müqavimət göstərməkdə davam edirlər.
Artıq bir neçə dəfə taliblərin qələbə barədə raport verməsinə baxmayaraq, bu xəbərlər təsdiqini tapmır.