RUSİYA

Putin və Rəisi arasında telefon danışığı olub

İki ölkə liderləri müxtəlif sahələrdə, xüsusilə ilə ticari-iqtisadi sahədə Rusiya-İran əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Telefon danışığı zamanı liderlər COVID-19-lə mübarizə və İranın nüvə proqramını müzakirə edib.
Putin və Rəisi müxtəlif sahələrdə, xüsusilə ilə ticari-iqtisadi sahədə Rusiya-İran əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Həmçinin oxuyun:
Vladimir Putin özünü təcrid etdi