Prezident iki rayona icra başçısı təyin etdi

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilmişdi.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilmişdi.