CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Benzin bir qədər də bahalaşır

“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir. 
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Sabahdan etibarən ölkədə “Aİ-95” premium“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Sputnik Azərbaycan Oxu.Az saytına istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.
Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.
Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir. 
Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Həmçinin oxuyun:
Taksi sürücüləri "Bolt"dan niyə şikayətlidir - bazarda rəqabət var