BAKI, 14 sentyabr - Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yürüşlər "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə təşkil olunacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.
Həmçinin oxuyun: