BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimin planına əsasən, xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.
Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Eləcə də oxuyun:
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu ilə görüşüb
"TurAz Şahini - 2021": çətin pilotaj və döyüş manevrləri - VİDEO
Müdafiə Nazirliyi son günlərin hərbi təlimlərini əks etdirən video paylaşıb