BAKI, 13 sentyabr — Sputnik. TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunub. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayevin vəzifəsindən azad olunması ilə bağlı yazdığı ərizə qəbul olunub.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etmişdi.
Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova həvalə olunub.
Eləcə də oxuyun:
"CheckApp" mobil tətbiqi ilə bağlı lazımi tövsiyələr açıqlanıb
Ramin Bayramlını TƏBİB rəhbəri postunda bu şəxs əvəz edəcək
Peyvənd vurduranlarda PCR testi pozitiv çıxır? TƏBİB rəsmisi açıqladı