BAKI, 13 sentyabr – Sputnik. Qubadlıda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Şəki rayonunun Şorsu kənd sakini, 40 yaşlı Əsədov Elburus Nüsrət oğlu Qubadlı rayonu ərazisində elektrik naqilləri çəkərkən onu cərəyan vurub. Ağır yanıq xəsarətləri alan kişi tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yaxınlarının sözlərinə görə, Elburus Əsədovu 3 il əvvəl də dirəyin üzərində işləyərkən elektrik cərəyanı vurub. Lakin həmin vaxt o 1-2 saat sonra özünə gəlib.
Həmçinin oxuyun:
İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var