CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni nazirdən ilk paylaşım

Fərid Qayıbov Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətlərin əldə olunacağına əminlik ifadə edib.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik, Zülfiyyə Quluyeva "Ölkə prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Facebook" səhifəsində yazıb.
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Fərid Qayıbov sentyabrın 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Həmçinin oxuyun:
Yeni nazir kollektivə təqdim olundu