BAKI, 13 sentyabr — Sputnik. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova həvalə olunub.
Həmçinin oxuyun: